Biz Sizə güvənir və Sizinlə fəxr edirik - Həştərxan İş Mərkəzinin kollektivindən Prezidentə məktub

10:34 30.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda xalqımızın bu bəladan qurtulması üçün atdığınız qətiyyətli və çevik addımlar, əhalimizin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyiniz müstəsna tədbirlər Sizin əsl rəhbər və milli liderlik keyfiyyətlərinizi, müdrik rəhbərliyinizlə Azərbaycan dövlətinin daim öz xalqının və millətinin yanında olduğunu bir daha sübut etdi.

Biz Sizə güvənir və Sizinlə fəxr edirik. Əmin ola bilərsiniz ki, dövlətimizin tərəqqisi yolunda müsəlləh əsgər kimi həmişə Ali Baş Komandanımızın və rəhbərimizin yanındayıq.

“Biz birlikdə güclüyük!”, “Biz birlikdə qalib gələcəyik!” kimi artıq həyatımızın şüarına çevrilmiş çağırışlarınız bu gün xalq-iqtidar birliyinin təntənəsini və Sizin liderliyinizlə gələcək qələbələrimizə qəti əminliyi ifadə edir.

Azərbaycanımız və millətimiz naminə Tanrı Sizi qorusun.

Həştərxan İş Mərkəzinin kollektivi adından hörmətlə,

Məmmədov Nəsimi, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri.